"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan qəsəbəsində bələdiyyənin inşa etdiyi “Mərasim evi”nin açılışı olub

--2019-12-13 / 18:17

Mərdəkan – Azərbaycan Respublikası Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir.

Mərdəkan Abşeron yarımadasının ən qədim, ən səfalı yaşayış məntəqələrindən biridir, bəlkə də birincidir, desək səhv etmərik.Təsadüfü deyildir ki, XIX əsrin sonlarından başlayaraq öz taleləri, bacarıqları, izgüzarlıqları ilə adi kasıbçılıqdan fabrik, zavod sahiblərinə-milyonerlərə, mesenatlara çevrilən Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, şəmsi əsədullayev, Musa Nağıyev, isa bəy Hacınski, Teymur bəy Aşurbəyov, Kazım bəy Hacınski və başqaları məhz bu qəsəbədə bağlar saldırmışlar.

Məlumat üçün bildiririk ki, Mərdəkan bələdiyyəsi tərəfindən qəsəbənin əzizbəyov və Oktyabr küçələrinin kəsişdiyi yerdə qəbirstanlığın qarşısındakı böyük bir ərazidə “Mərasim evi” inşa edilmişdir.

əsas məqsədimiz yas mərasimlərinin keçirilməsində sakinlərin rahatlığının təmin edilməsi, dini ayinlərin həyata keçirilməsi, ən əsası da qəsəbənin kasıb, imkansız ailələrin yaxınlarının yas mərasimlərinin keçirilməsinə köməkliyin göstərilməsidir.

şəhid ailələrinin, tənha insanların, imkansız ailələrin yaxınlarının yas mərasimlərinə bələdiyyə tərəfindən köməkliyin göstərilməsi ağsaqqallar tərəfindən tövsiyə olunmuşdur.

13 dekabr 2019-cu il tarixdə növbəti bələdiyyə seçkiləri ərəfəsində 350 nəfərə birdəfəlik xidmət göstərə bilən “Mərasim evi”nin açılışı oldu. Açılışda qəsəbə ağsaqqalları, sakinlər, kəndin fəal insanları iştirak etdilər. “Mərasim evi”nin açılışı ilə bağlı ehsan süfrəsi verildi. Ağsaqqallar açılış zamanı bir daha bələdiyyəyə inandıqlarını və sakinlər üçün əlindən gələni əsirgəməyəcəyini bildiriblər.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR